NORMALAM?

Haqqında

Normalam? nədir

Özün haqqında bilmək istədiyin konkret bir sualın cavabı: maaşın oxşar profillərin harasındadır, yığım tempin necədir, maşına çox pul bağlamısan? 2–5 sürətli seçim edirsən, nəticəni görürsən.

Rəqəmlər haradan gəlir

Müqayisələr yalnız Normalam-da cavab verən real insanların datasından hesablanır. Bir qrupda kifayət qədər cavab yoxdursa, nəticə göstərmirik — daha geniş qrupla hesablayırıq və bunu açıq yazırıq, ya da data toplananadək gözləyirik. Süni intellekt yeni suallar təklif edə bilər, amma heç vaxt statistika uydurmur.

“Normal” kimə görədir

Hər nəticə “Normalam respondentləri” haqqındadır, Azərbaycanın bütün əhalisi haqqında yox. Müqayisə qrupu (sahə, yaş, şəhər) nəticənin altında yazılır.

Anonimlik

Ad, telefon, email, iş yerinin adı və ünvan soruşulmur. Brauzerində təsadüfi bir açar saxlanılır ki, növbəti insight-larda eyni sualları təkrar verməyək; serverdə bu açarın yalnız hash-i qalır. Maaş kimi həssas məlumatlar dəqiq rəqəm yox, aralıq kimi saxlanılır.

Paylaşım

Paylaşılan linkdə şəxsi nəticən olmur — yalnız sual. Şəxsi nəticə kartını istəsən, o yalnız sənin cihazında yaradılır.

Məlumatlarım